Operativ Məlumat Mərkəzi

Hirkan–Daştatük–Biləsər avtomobil yolunda bərpa işləri aparılır

2 dəq
Paylaş:
Hirkan–Daştatük–Biləsər avtomobil yolunda bərpa işləri aparılır

Lənkəran rayonu ərazisində, başlanğıcını M3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi yolundan götürən yerli əhəmiyyətli avtomobil yolunun 3.5–5.5-ci kilometrlik hissəsində sürüşmə nəticəsində dağılmış sahələrin bərpasına başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bərpa çərçivəsində yol örtüyünün yenilənməsi ilə yanaşı, 250 ədəd svayın quraşdırılması, uzunluğu 540 metr olan divarının və 2500 metr uzunluğunda beton küvetlərin inşası nəzərdə tutulur.

Artıq görülmüş işlər çərçivəsində torpaq işləri yerinə yetirilib, 210 ədəd svay (ümumi uzunluğu 2520 metr) qazılaraq betonlanıb, 300 metr uzunluğunda istinad divarı və 1650 metr uzunluğunda beton küvetlər tikilib.

Texnoloji ardıcıllığa uyğun olaraq, IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax