Operativ Məlumat Mərkəzi

Hindistanın Baş naziri Trampla görüşəcək

2 dəq
Paylaş:
Hindistanın Baş naziri Trampla görüşəcək

Hindistanın Narendra Modi Vaşinqtona səfərə gedib. Burada ABŞ Prezidenti ilə görüşəcək və iki ölkə arasında tərəfdaşlığın inkişafını müzakirə edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"ABŞ Prezidenti Donald Tramp ilə görüşü və -ABŞ hərtərəfli qlobal strateji tərəfdaşlığının inkişafını səbirsizliklə gözləyirəm", - o qeyd edib.

Onun sözlərinə görə, Hindistan və ABŞ insanların rifahı və planetin daha yaxşı gələcəyi naminə sıx əməkdaşlığa davam edəcəklər.

Modinin Vaşinqtona çərçivəsində ilk görüşlərdən biri ABŞ-nin Milli Kəşfiyyat direktoru Tulsi Gabbard ilə olub. Hindistanın Baş naziri onunla Hindistan- ABŞ dostluğunun müxtəlif aspektlərini müzakirə etdiyini bildirib.

Məlumata görə, Modinin Vaşinqtonda səfəri iki gün davam edəcək. Səfər çərçivəsində həm Tramp ilə ikitərəfli formatda, həm də nümayəndə heyətləri səviyyəsində danışıqlar aparılacaq. Gündəlikdə ticarət, müdafiə, energetika, miqrasiya və texnologiya məsələləri var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax