Operativ Məlumat Mərkəzi

Hindistanda torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

2 dəq
Paylaş:
Hindistanda torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

Hindistanın şərqində Qərbi Benqal ştatında güclü yağışların, o cümlədən məşhur məkanı Darcilinqdə sürüşmələrinə səbəb olması nəticəsində azı 23 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, arasında uşaqlar da var.

Yerli orqanlarının hesablamalarına görə, güclü yağışlar son on ildə regionda ən güclü torpaq sürüşmələrdən birinə səbəb olub. Təbiət hadisəsi bir çox kəndlərə ziyan vurub, əsas yolları bağlayıb.

Hadisə yerində xilasetmə xidmətləri işləyir. Dağıntılar altından bir neçə nəfər xilas edilib. Hakimiyyət orqanları Darcilinqdə qurbanlar arasında turistlərin ola biləcəyini istisna etməyib.

Meteoroloqlar yaxın günlərdə Qərbi Benqaliyanın dağlıq bölgələrində sürüşmə və daşqın riskinin yüksək olacağı barədə xəbərdarlıq edib. Səlahiyyətlilər sakinlərə və turistlərə həmin ərazilərə getməməyi və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax