Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev Mövlut Çavuşoğlu və Fəxrəddin Altuna Azərbaycana dəstəyə görə təşəkkür edib

2 dəq
Paylaş:
Hikmət Hacıyev Mövlut Çavuşoğlu və Fəxrəddin Altuna Azərbaycana dəstəyə görə təşəkkür edib

Prezidentinin köməkçisi Azərbaycanı Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda müdafiə edən Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək onların birmənalı mövqe tutduqlarını vurğulayıb.

parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb:

"Dəyərli Mevlüt bəy PACE-də Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.

Bundan başqa H.Hacıyev X hesabında Türkiyə Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna xitabən “Dəyərli və əziz Qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”, - yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax