Əsas məzmuna keç

Hikmət Hacıyev: “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

Hikmət Hacıyev: “Köhnə Füzulinin xarabalıqları işğalın faciəvi xatırlatmasıdır”

bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli Şəhər Günü ilə...

“Köhnə Füzulinin xarabalıqları işğalın xatırlatmasıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Administrasiyasının Xarici məsələləri şöbəsinin müdiri Füzuli Şəhər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda qeyd edib.

O xatırladıb ki, 2020-ci il oktyabrın 17-də Füzuli Ermənistanın 30 illik hərbi işğalından azad edilib.

“Keçmiş məcburi köçkünlər yeni tikilmiş mənzillərə qayıdır, uşaqlar isə məktəblərə gedirlər. Füzuli şəhərinin gənc sakinləri Füzuli Şəhəri Gününü - 17 oktyabr 2020-ci ildə Füzulinin Ermənistanın işğalından azad edilməsini gözəl konsert proqramı ilə qeyd edirlər. Diplomatik nümayəndələrlə biz də onlara qoşulmaqdan məmnunuq”, - o bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…