Operativ Məlumat Mərkəzi

Hidrometeorologiya Xidməti çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara müraciət edib

1 dəq
Paylaş:
Hidrometeorologiya Xidməti çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar vətəndaşlara müraciət edib

Respublika çaylarında müşahidə olunan gursululuq dövrü davam etməkdədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Böyük, Kiçik Qafqaz və -Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda sululuq artıb:

" rayonu ərazisindən axan Kiş və Goranboy rayonu ərazisindən axan Goran çaydan sel keçib".

"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraitinin iyunun 13-nə qədər davam etməsi ilə əlaqədar sel təhlükəsi olan Balakən, Şəki, Quba, Qusar, Qazax, Gəncə, Daşkəsən, Gədəbəy, və Şərqi-Zəngəzur bölgələrinin ərazisindən axan çaylarda baş biləcək sel və daşqınla əlaqədar vətəndaşlara diqqətli olmağı və təhlükəsiz yerdə durmaları tövsiyə edilir", - deyə o qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax