Operativ Məlumat Mərkəzi

Heydər Əliyevin anım günü ilə bağlı bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq

2 dəq
Paylaş:
Heydər Əliyevin anım günü ilə bağlı bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq

Ümummilli Lider Heydər Əliyevin günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi məlumat yayıb.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Fəxri Xiyaban istiqamətinə bütün vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

“Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsini tövsiyə edirik”, - məlumatda deyilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax