Operativ Məlumat Mərkəzi

Heydər Əliyev Mərkəzində "Ölülər" pyesi nümayiş edildi

2 dəq
Paylaş:
Heydər Əliyev Mərkəzində "Ölülər" pyesi nümayiş edildi

Fevralın 24-də Mərkəzində xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Heydər Əliyev və milli teatr " layihəsi çərçivəsində Cəlil Məmmədquluzadənin "" pyesi olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tamaşa Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdimatında göstərilib.

Cəlil Məmmədquluzadənin “Ölülər” tragikomediyası Ümummilli Liderin ən çox sevdiyi əsər olduğundan Heydər Əliyev Mərkəzi “Heydər Əliyev və milli teatr sənəti” layihəsinə məhz həmin tamaşanın nümayişi ilə start verib.

“Ölülər” pyesi bu dəfə mükəmməl akustikaya malik olan dünyanın ən yaxşı zallarından birində - Heydər Əliyev Mərkəzinin Auditorium zalında təqdim edilib. Bu zalın səhnəsinə uyğun tamaşa üçün rəngarəng dekorasiyalar qurulub. Aktyorların kostyumları isə məhz bu təqdimat üçün xüsusi hazırlanıb. Qara Qarayevin “Ölülər” üçün bəstələdiyi musiqi isə yeni versiyada təqdim edilib.

Quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətovun olduğu tamaşada, ümumilikdə 27 aktyor iştirak edib. “Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov 87-ci dəfə bu tamaşa üzrə baş rol ifaçıları kimi Heydər Əliyev Mərkəzinin səhnəsinə çıxıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İncəsənət

Hamısına bax