Əsas məzmuna keç

Heydər Əliyev Fondunun Ağcabədidə inşa etdiyi məktəb istifadəyə verilib

Heydər Əliyev Fondunun Ağcabədidə inşa etdiyi məktəb istifadəyə verilib

Ağcabədi rayonunun Poladlı kənd orta məktəbinin binası istifadəyə yararsız olduğu üçün Heydər Əliyev Fondu tərəfindən təhsil ocağı üçün yeni bina inşa...

Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağcabədi rayonunun Poladlı kənd orta məktəbinin binası istifadəyə yararsız olduğu üçün Fondu tərəfindən təhsil ocağı üçün yeni bina inşa olunub.

Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Regional Təhsil İdarəsinin nümayəndəsi Dəyanət Fərzəliyev, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və kollektivi iştirak edib.

Bildirilib ki, 1988-ci ildə inşa olunan Ağcabədi rayonunun Poladlı kənd tam orta məktəbinin yeni binanın tikintisi ilə bağlı işləri üzərinə götürən Heydər Əliyev Fondu tərəfindən 300 şagird yerlik məktəb inşa olunub.

İki mərtəbəli 3 korpusdan ibarət olan yeni təhsil müəssisəsi şagird və müəllimləri qəbul etməyə hazırdır. Məktəbdə 14 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika, təlim, təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var. Bütün otaqlar lazımi avadanlıqlarla və əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

Heydər Əliyev Fondunun Ağcabədinin Poladlı kənd məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…