Operativ Məlumat Mərkəzi

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir

2 dəq
Paylaş:
Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə fəaliyyətini davam etdirir

Ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar və güclü küləyə baxmayaraq, Aeroportu fəaliyyətini ştat rejimdə davam etdirir.

Aeroportdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, uçuş-enmə zolaqları, aerodrom kompleksi və terminal binaları tam istismar vəziyyətindədir və reyslərin təhlükəsiz qəbulu və yola salınması üçün texniki cəhətdən tam hazırdır.

Hazırda ərazisində və şimal-qərb istiqamətində küləyin sürəti 40–50 knot sürətinə qədər güclənib (20–25 m/s). Bütün aviasiya təhlükəsizliyi tələblərinə ciddi əməl olunur və aidiyyəti xidmətlər gücləndirilmiş iş rejimində çalışır. Aviaşirkətlər və meteoroloji qurumlarla fasiləsiz koordinasiya təmin olunur, hava şəraitindəki dəyişikliklərə operativ reaksiya verilir.

Sərnişinlərə tövsiyə olunur:

• Hava limanına səfəri əvvəlcədən planlaşdırmaq və yolda mümkün ləngimələri nəzərə almaq;

• Nəqliyyatın daha təşkili üçün “28 May” metro stansiyasından Aeroporta hərəkət edən “Aeroexpress” avtobuslarından istifadə etmək;

• Hər hansı sual və ya ehtiyac yaranarsa, hava limanının və ya aviaşirkətlərin əməkdaşlarına müraciət etmək.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə rahat və təhlükəsiz səyahət arzulayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax