Operativ Məlumat Mərkəzi

Həsrət Cəfərov da qızıl medal qazandı

2 dəq
Paylaş:
Həsrət Cəfərov da qızıl medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.

Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax