Operativ Məlumat Mərkəzi

Hesablama Palatası dövlət vəsaitlərinin istifadəsində 65 mln. manatlıq pozuntu aşkarlayıb

2 dəq
Paylaş:
Hesablama Palatası dövlət vəsaitlərinin istifadəsində 65 mln. manatlıq pozuntu aşkarlayıb

Hesablama Palatası dövlət vəsaitlərinin istifadəsində 65 mln. pozuntu aşkarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, HP-nin 2025-ci ilin ilk yarısında həyata keçirdiyi audit tədbirləri nəticəsində dövlət vəsaitlərinin istifadəsində ciddi və hüquqpozmalara rast gəlib.

Ümumilikdə 65 milyon manatlıq pozuntu faktı qeydə alınıb ki, bunun da 17,8 milyon manatı birbaşa dövlət büdcəsinə zərər kimi qiymətləndirilib.

Audit nəticələrinə əsasən edilib ki, büdcə vəsaitləri funksional təyinatından kənar istifadə olunub. Artıq xərclər əsasən xidmətləri, hədiyyə alınması və tədbirlərlə bağlı olub. Satınalmalar üzrə qanunvericiliyin tələbləri pozulub -planlaşdırma sənədləri yerləşdirilməyib, müqavilələr vaxtında icra edilməyib. Bundan əlavə, tikintisi tamamlanan obyektlərin istismara verilməsində gecikmələr müşahidə olunub, bu isə mühasibat uçotunda təhriflərə səbəb olub.

Palata maliyyə hesabatlarında 105,1 milyon manatlıq uyğunsuzluq müəyyən edib ki, bu məbləğin 12,6 milyon manatı əhəmiyyətli təhrif kimi dəyərləndirilib.

Hesablama Palatası audit nəticələri əsasında aidiyyəti dövlət qurumlarına 32 təklif göndərib, o cümlədən Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər olunub.

Qurum bildirib ki, aşkar edilən nöqsanların aradan qaldırılması və dövlət vəsaitlərindən səmərəli istifadənin təmin olunması istiqamətində monitorinqlər davam etdiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax