Operativ Məlumat Mərkəzi

Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib

2 dəq
Paylaş:
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ilə birgə keçilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki keçirilir.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə səhra şəraitində (çöl şəraitində) növbəti məşğələlər keçirilib.

Təlim mərkəzində baş tutmuş məşğələ zamanı əvvəlcə iştirakçılar bölmələrin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə praktiki vərdişlərini sınayıblar.

Sonra isə ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.

Növbəti mərhələdə hərbi vəzifəlilər müxtəlif atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar icra ediblər.

" Ordusunun arsenalında yeni qəbul olunmuş müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinin döyüş tətbiqi üsullarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir", - məlumatda qeyd edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax