Operativ Məlumat Mərkəzi

Hərbi vəzifəlilərə döyüş hazırlığı təlimləri keçirilib

2 dəq
Paylaş:
Hərbi vəzifəlilərə döyüş hazırlığı təlimləri keçirilib

"N" hissədə 2024-cü ilin hazırlığı planına əsasən, bir qrup hərbi vəzifəlinin iştirakı ilə toplanışı keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, minaatanların döyüşə hazır vəziyyətinə gətirilməsi öyrədilib.

Həmçinin hərbi texnikaların təyinatı üzrə düzgün istismarı və hərbi yüklərin daşınması qaydaları izah olunub, hərbi vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsi məşq etdirilib. Toplanış müddətində qarşıya qoyulan fəaliyyətlər hərbi vəzifəlilər tərəfindən uğurla yerinə yetirilib.

Qeyd edək ki, toplanışın əsas məqsədi ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də praktiki vərdişlərinin artırılmasıdır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax