Əsas məzmuna keç

Hərbi vəzifəlilər təlimdə praktiki atış çalışmaları yerinə yetiriblər

Hərbi vəzifəlilər təlimdə praktiki atış çalışmaları yerinə yetiriblər

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən toplanışı davam edir. Plana uyğun olaraq hərbi atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, atışdan əvvəl şəxsi heyətə silahların taktiki-texniki xüsusiyyətləri və qaydaları çatdırılıb, atəş mövqeyinin tutulması və silahların döyüş vəziyyətinə gətirilməsi üzrə normativlər məşq etdirilib.

Təlim sahəsində düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar hərbi vəzifəlilər tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…