Operativ Məlumat Mərkəzi

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

1 dəq
Paylaş:
Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə üzrə Dövlət ilə birgə tədbirlər çərçivəsində "N" hərbi hissəsində hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən bildirilib.

Toplanışda hərbi vəzifəlilərə Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədilir.

Bundan başqa, iştirakçılar atış sahəsində atəş mövqeyinin tutulması və hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax