Əsas məzmuna keç

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata...

Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub.

Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o cümlədən sayıqlığın artırılmasına dair təlimatları və qaydaları şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.

Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…