Operativ Məlumat Mərkəzi

Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib

2 dəq
Paylaş:
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib

Hərbi İnstitutun 2023-2024-cü illər üçün planı və proqramına uyğun olaraq, "Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və "Döyüşə" hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə praktiki tapşırıqlar yerinə yetirilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah da olunub.

Məşğələlərdə əsas diqqət kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax