Operativ Məlumat Mərkəzi

Hərbi İdarəetmə İnstitutunda intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib

2 dəq
Paylaş:
Hərbi İdarəetmə İnstitutunda intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda xarici dil kurslarının başa çatması ilə əlaqədar növbəti mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitunun rektoru, polkovnik Bəbir Quliyev müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Məzunlar adından çıxış edənlər kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də əməyi olan professor və müəllim heyətinə dinləyicilər adından dərin minnətdarlıqlarını bildiriblər.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax