Əsas məzmuna keç

Hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısında dəyişiklik edilir

Hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısında dəyişiklik edilir

bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb....

Ehtiyata və ya istefaya buraxılmadan öncə hərbi xidmətə səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə hərbi qulluqçuların siyahısında dəyişiklik edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə edilən dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə bilərlər.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…