Operativ Məlumat Mərkəzi

HƏMAS-ın yeni lideri İsraillə atəşkəsə dair razılığa gəlmək istəyir

2 dəq
Paylaş:
HƏMAS-ın yeni lideri İsraillə atəşkəsə dair razılığa gəlmək istəyir

Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri Yəhya müharibəyə son qoymaq üçün İsraillə bağlamaq istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, Misir və Qətərdən olan vasitəçilər bununla bağlı İsraili məlumatlandırıblar. Ankarada hesab edirlər ki, Qəzzada atəşkəslə bağlı razılaşma müəyyən səbəblərə görə əldə edilə bilər. Atəşkəsin əldə edilməsində amerikalılar israr edirlər, masasına qoyulacaq mətn ABŞ-İsrail kompromisinə əsaslanır.

Qəzet iddia edir ki, HƏMAS danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir.

“HƏMAS-ın danışıqlar prosesinin iştirakçısı olmasını və onun iştirakı olmadan qərarın qəbul edilməməsini təmin etmək üçün Ankaranın göstərdiyi səyləri də unutmamalıyıq. Buna görə də Y.Sinvarın qurulmuş balansı pozmaması vacibdir”, - nəşr yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax