Operativ Məlumat Mərkəzi

Həkimlər və teleaparıcıların adından istifadə edərək sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

2 dəq
Paylaş:
Həkimlər və teleaparıcıların adından istifadə edərək sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkələrdə səhifələri olan və televiziya aparıcılarının adından istifadə edərək onların dostluğunda olan şəxslərə qarşı edilməsi faktı üzrə son günlərdə mediada məlumatlar Daxili İşlər Nazirliyində nəzarətə götürülərək araşdırmalara başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə qurumun Xidmətindən məlumat verilib.

Nazirliyə daxil olan çoxsaylı əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onlayn yolla dələduzluq edən həmin şəxs - Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşovun qısa zamanda saxlanılması təmin olunub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini və onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.

Araşdırmalar zamanı saxlanılan şəxsin, həmçinin televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyi adı altında aldaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax