Əsas məzmuna keç

Həftəsonu Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Həftəsonu Bakıda “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

yarmarka Bakının Nərimanov rayonunda - Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) keçiriləcək. Yarmarkada müxtəlif...

Kənd Təsərrüfatı Nazirliyi iyulun 22-23-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, yarmarka Bakının Nərimanov rayonunda - Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yanı) keçiriləcək.

Yarmarkada müxtəlif regionlardan dəvət olunan kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkanın olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Satışa məhsulların kеyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsullarının daşınmasında çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…