Operativ Məlumat Mərkəzi

Tutulan şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb

1 dəq
Paylaş:
Tutulan şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb

Bakıda həbs şəxsin qəbiristanlıqda basdırdığı əl qumbarası aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyi xidmətindən məlumat verilib.

Bildirilib ki, Penitensiar xidmətin, Müalicə müəssisəsinin aparatlarının, Daxili İşlər Nazirliyi Xəzər rayon idarəsinin 3-cü Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxsin Xəzər rayonu, Qala qəsəbəsində kənd qəbiristanlığında qohumlarının qəbirlərinin yaxınlığında olan ağacın yanında torpağa basdıraraq gizlətdiyi 1 ədəd partlayıcısı ilə birlikdə “RQD-5” əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax