Operativ Məlumat Mərkəzi

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər

2 dəq
Paylaş:
HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər

Hərbi Dəniz Qüvvələrinin (HDQ) kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə icra ediblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyinin (MN) xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimlər adına Hərbi İnstitutun 2023-2024-cü illər üçün tədris planı və proqramına uyğun olaraq keçirilir. Təlim zamanı əvvəlcə kursantlara gəmidə davranış və qaydaları çatdırılıb, eləcə də şəxsi heyətin gündəlik fəaliyyəti izah edilib.

Məşğələlər zamanı baş komanda məntəqəsində idarəetmənin təşkili, döyüş gəmilərinin "Səfərə" və "Döyüşə" hazır vəziyyətinə gətirilməsi, radiolokasiya stansiyası vasitəsilə texniki, eləcə də hərəkət zamanı vizual müşahidənin aparılması, Semafor bayraqları ilə siqnal rabitəsinin təşkili üzrə tapşırıqlar yerinə yetirilib.

Sonra Xəzər dənizinin Respublikasına məxsus sektorunda keçirilən praktiki məşğələlərdə idarəetmənin təhlükəsizliyi və gəminin maşın bölməsində hərəkətvericilərin istismarı qaydaları izah olunub.

Məşğələlərin əsas məqsədi kursantların tədris müddətində yiyələndikləri nəzəri biliklərinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax