Operativ Məlumat Mərkəzi

Havanın temperaturu Bakıda 41, bəzi rayonlarda 43 dərəcəyədək artacaq

1 dəq
Paylaş:
Havanın temperaturu Bakıda 41, bəzi rayonlarda 43 dərəcəyədək artacaq

Avqustun 10-da Bakıda və yarımadasında yağmursuz olacaq. bəzi yerlərdə zəif duman. Cənub-şərq əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı, çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax