Əsas məzmuna keç

Havanın temperaturu Bakıda 41, bəzi rayonlarda 43 dərəcəyədək artacaq

Havanın temperaturu Bakıda 41, bəzi rayonlarda 43 dərəcəyədək artacaq

Avqustun 10-da Bakıda və yarımadasında yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Cənub-şərq əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verib.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli az yağacağı, çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…