Operativ Məlumat Mərkəzi

Havada tozun miqdarı azalıb

1 dəq
Paylaş:
Havada tozun miqdarı azalıb

Bakıda və yarımadasında, həmçinin sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında dünənlə müqayisədə azalma müşahidə olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova deyib.

O qeyd edib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun normadan 2-2.5 dəfə çoxdur:

"Sinoptik vəziyyətlə əlaqədar bu gün ölkə ərazisində -şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən də havada tozun miqdarının axşam saatlarından başlayaraq tədricən azalacağı gözlənilir”.

Xatırladaq ki, dünən havada tozun miqdarının normadan 4-4.5 dəfə yüksək olduğu qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax