Operativ Məlumat Mərkəzi

Hava bəzi yerlərdə arabir yağıntılı olub

2 dəq
Paylaş:
Hava bəzi yerlərdə arabir yağıntılı olub

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, , Gədəbəy, , Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və yarımadasında 1 mm-dək qeydə alınıb.

ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaltanda 5, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm-dir.

Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax