Operativ Məlumat Mərkəzi

Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırılıb

1 dəq
Paylaş:
Hakimi döyən Faruk Koca ömürlük futboldan uzaqlaşdırılıb

Federasiyasının İntizam Komitəsi ölkə çempionatının matçından sonra hakimi döydüyü üçün “Ankaragücü” futbol komandasının sabiq prezidenti Kocanı futbol fəaliyyətindən uzaqlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, klub rəhbərliyinin digər üzvləri xəbərdarlıq alıblar və cərimə ediliblər. Komitə həmçinin “Ankaragücü”nün 2 milyon türk lirəsi cərimə ödəməsi barədə qərar qəbul edib. Komandanın növbəti beş ev oyunu azarkeşlər və klub rəsmiləri olmadan keçiriləcək.

Qeyd edək ki, Türkiyə Superliqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub. Təxirə salınan liqalar dekabrın 19-da bərpa ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax