Operativ Məlumat Mərkəzi

Haitidə iqtisadi böhran dərinləşir

2 dəq
Paylaş:
Haitidə iqtisadi böhran dərinləşir

Haitinin paytaxtı Port-o-Prensdə silahlı qruplaşmaların törətdiyi zorakılıqlar istənilən halda pis olan ölkə iqtisadiyyatını iflic vəziyyətinə salıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, əksər hökumət qurumları, məktəblər, banklar fəaliyyətini dayandırıb.

Əhali, əsasən, ərzaq qıtlığı və susuzluqdan əziyyət çəkir.

Son bir neçə həftədədə çox sayda insan iş yerini yetirib. şəhərin əsas dəniz və zəbt edib, məntəqələri və həbsxanalara hücum ediblər.

Həbsxanalardan birindən 4000 məhbus sərbəst buraxılıb. fövqəladə vəziyyətin müddətini 1 ay uzadıb.

Qeyd edək ki, silahlılar Ariel Henrinin istefasını tələb edirlər. Henrinin ölkədə təhlükəsizliyə nəzarəti gücləndirmək məqsədilə Keniyadan polis qüvvələri cəlb etməyə çalışması silahlı qruplaşma üzvlərinin etirazlarına, bir qədər sonra qarşıdurmalara gətirib çıxarıb. Silahlılar, əsasən, özlərini “G9 İttifaqı” adlandıran, keçmiş polis zabiti Cimmi Şerizyenin rəhbərlik etdiyi qruplaşmanın üzvləridirlər. Şerizye Henri istefa verməsə, ölkədə vətəndaş müharibəsinin başlayacağına dair ona xəbərdarlıq edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax