Operativ Məlumat Mərkəzi

Hacıyev: Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır

2 dəq
Paylaş:
Hacıyev: Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır

Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysini yerinə AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə təmin edəcəyini gözləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur.

"Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi - red.) ilə başladı. Qəza Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş verib və biz bunun necə baş verdiyini bilirik – bu, artıq sirr deyil. Azərbaycan qonşu və tərəfdaş kimi Rusiyanın məsuliyyəti öz üzərinə götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir", - H.Hacıyev əlavə edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax