Əsas məzmuna keç

Hacıqabulda subasmaya məruz qalan ərazidən 11 nəfər təxliyə edilib

Hacıqabulda subasmaya məruz qalan ərazidən 11 nəfər təxliyə edilib

Xəbər verildiyi kimi, intensiv yağışlar nəticəsində Hacıqabul şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri təhlükəsizlik tədbirlərinin görülməsi...

Xəbər verildiyi kimi, yağışlar nəticəsində şəhərinin subasmaya məruz qalmış ərazilərində zəruri tədbirlərinin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, ötən gündən başlayan gecə saatlarında da fasiləsiz olaraq davam etdirilib.

Əməliyyat nəticəsində subasmaya məruz qalmış bir sıra ünvanlarda suyun kənarlaşdırılması təmin olunub.

Həmçinin, Nazirliyin qüvvələri tərəfindən köməyə ehtiyacı olan 3-ü uşaq olmaqla ümumilikdə 11 nəfər, o cümlədən tibbi yardıma ehtiyacı olan 1 nəfər təxliyə olunub.

Hazırda Nazirliyin Mülki müdafiə qoşunları və Muğan Regional Mərkəzinin qüvvələrinin cəlb olunduğu əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…