Operativ Məlumat Mərkəzi

Gürcüstanın dövlət naziri Azərbaycana səfər edəcək

2 dəq
Paylaş:
Gürcüstanın dövlət naziri Azərbaycana səfər edəcək

Gürcüstanın bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Azərbaycana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə dövlət nazirinin aparatından bildirilib.

T.Axvlediani Əsir və itkin , girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədrinin dəvəti ilə oktyabrın 9-da Bakıda keçiriləcək “İtkin düşmüş şəxslərlə bağlı məsələlərin həllində səylərin birləşdirilməsi və əməkdaşlığın gücləndirilməsi” mövzusunda konfransda iştirak edəcək.

Dövlət naziri konfransın açılış sessiyasında çıxış edəcək.

Tədbirin məqsədi itkin düşmüş şəxslərin tapılması ilə bağlı məsələlərin müxtəlif aspektlərdən müzakirəsi, məlumat mübadiləsinin və beynəlxalq təcrübənin paylaşılmasını edən səyləri daha da gücləndirməkdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax