Operativ Məlumat Mərkəzi

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

2 dəq
Paylaş:
Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başlayıb

Gürcüstanın İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" mənbədən məlumat verilib.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze jurnalistlərə bildirib ki, İlham Əliyev ilə İrakli Qaribaşvilinin nəzərdə tutulan görüşü zamanı həm siyasi kontekstdə, həm də ticarət-iqtisadi istiqamətdə bir sıra , mədəni-humanitar məsələlər, o cümlədən, xüsusilə diqqətəlayiq olan yaşıl enerji layihəsi, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi və Avropaya enerji ixracına töhfə verəcək enerji təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Eyni zamanda logistika məsələləri, nəqliyyat dəhlizi və bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə də baxılacaq.

Səfir qeyd edib ki, mühüm məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi və başa çatdırılmasıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax