Operativ Məlumat Mərkəzi

Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

1 dəq
Paylaş:
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın İrakli martın 16-da Şəhidlər xiyabanını ziyarət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İrakli Kobaxidze Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax