Operativ Məlumat Mərkəzi

Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib - 09.02.2024

1 dəq
Paylaş:
Gürcüstanın Baş naziri İlham Əliyevi təbrik edib - 09.02.2024

Gürcüstanın İrakli fevralın 9-da İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

İrakli Kobaxidze İlham Əliyevi seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycanın rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İrakli Kobaxidzeni Gürcüstanın Baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev və İrakli Kobaxidze dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax