Əsas məzmuna keç

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

Gürcüstanın Baş naziri Azərbaycana gəlir

bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində Gürcüstan və Azərbaycan Respublikasının Baş...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Bakı şəhərində Respublikasının Baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığının hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Komissiyanın iclasında hər iki ölkənin üzvləri iştirak edəcəklər. İrakli Kobaxidzenin Azərbaycanda yüksək səviyyəli görüşləri planlaşdırılır.

Gürcüstan nümayəndə heyətinə birinci vitse-prezident, İqtisadiyyat və Davamlı İnkişaf naziri Levan Davitaşvili, naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…