Əsas məzmuna keç

Gürcüstan Prezidenti seçkilərdən sonra Baş nazir postuna namizədin adını açıqlayacaq

Gürcüstan Prezidenti seçkilərdən sonra Baş nazir postuna namizədin adını açıqlayacaq

bu barədə Gürcüstan KİV-i məlumat yayıb. "Gürcüstan Xartiyası"nda yazılıb ki, Baş naziri mən təqdim etməliyəm. Mənim Baş nazir vəzifəsinə bir namizədim...

Prezidenti Salome Zurabişvili bildirib ki, "Gürcüstan Xartiyası"nı imzalayan müxalifət partiyalarının fikrini nəzərə alacaq və ölkədə seçkiləri keçirildikdən sonra onların vəzifəsinə namizədinin adını açıqlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

"Gürcüstan Xartiyası"nda yazılıb ki, Baş naziri mən təqdim etməliyəm. Mənim Baş nazir vəzifəsinə bir namizədim var. Dörd partiyanı nəzərə alıram, heç bir uyğunsuzluq olmamalıdır, onlardan eşitmişəm ki, bu məsələ seçkilərdən sonra həll edilməlidir", - S.Zurabişvili bildirib.

Prezidentin sözlərinə görə, müxalifətin xartiya ilə bağlı şərhi düzgündür: “Çünki xartiyada Baş nazir vəzifəsinə namizədin seçkilərdən əvvəl və ya sonra irəli sürülməli yazılmayıb. Əksəriyyətin baxışı belə olduğu üçün seçkilərdən sonra bunu etmək daha yaxşı olacaq”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…