Operativ Məlumat Mərkəzi

Gürcüstan hökumətinin BBC-yə qarşı iddiası hazırdır

2 dəq
Paylaş:
Gürcüstan hökumətinin BBC-yə qarşı iddiası hazırdır

hökumətinin BBC-yə qarşı iddiası hazırdır və yaxın günlərdə telekanalın daxili tənzimləmə orqanına təqdim olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan ümid edir ki, həmin səviyyədə süjetin uydurma və olduğunu etiraf edəcək.

“Bu baş verməsə, biz digər instansiyalara müraciət edəcəyik. Hazırkı mərhələdə biz şikayətin məzmunu barədə öncədən danışmayacağıq”, - Papuaşvili əlavə edib.

Spiker qeyd edib ki, şikayətin təqdim olunacağı növbəti instansiya Böyük Britaniyanın Tənzimləmə Komissiyası, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ola bilər: “Biz bütün bu prosedurları lazım olan ardıcıllıq üzrə keçəcəyik”.

Xatırladaq ki, BBC-nin ötən ilin dekabrında yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilmiş etiraz aksiyalarının dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi materialla bağlı dərhal istintaqa başlayıb və qeyd olunan dövrdə baş vermiş iğtişaşlar zamanı qadağan edilmiş hər hansı bir maddənin tətbiq olunmadığını sübuta yetirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax