Operativ Məlumat Mərkəzi

Gürcüstan ATƏT-ə və üzv dövlətlərə etiraz notası göndərib

2 dəq
Paylaş:
Gürcüstan ATƏT-ə və üzv dövlətlərə etiraz notası göndərib

Xarici İşlər Nazirliyi Finlandiyanın naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Tbilisidə keçirilən mitinqə ilə bağlı ATƏT Katibliyinə və təşkilata üzv dövlətlərə notası təqdim edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

Bəyanatda deyilir: “Gürcüstan Xarici İşlər Nazirliyi Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin səfəri ilə bağlı narahatlığını ifadə edir və ATƏT Katibliyinə, eləcə də iştirakçı dövlətlərə etiraz notası təqdim edib. ATƏT Katibliyinə göndərilən notada qeyd olunur ki, Valtonen Gürcüstana rəsmi səfərlə yanaşı, kiçik anti-hökumət qrupuna da qoşulub və Gürcüstandakı vəziyyətlə bağlı ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bəyanatla çıxış edib”.

Gürcüstan XİN bəyan edib ki, ATƏT sədri kimi Valtonenin belə addımı təşkilatın neytrallıq prinsiplərinə ziddir və ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax