Operativ Məlumat Mərkəzi

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb

2 dəq
Paylaş:
Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb

Goranboyda ödəmə terminalından edən şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Goranboy Rayon Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.

Bundan başqa, RPŞ əməkdaşlarının son 1 həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 2, odlu silah saxlayan 1 və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 ədəd “PQ-7” markalı raket, 1 ədəd əl qumbarası, 2 ədəd tüfəng, 3 ədəd avtomat və sayda müxtəlif çaplı patron aşkar olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax