Operativ Məlumat Mərkəzi

Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçirilib

2 dəq
Paylaş:
Gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanı keçirilib

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Komitəsi ilə gömrük orqanlarına xidmətə qəbul olmaq üçün test imtahanı keçirib.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 61 nəzarətçi, 8 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 80 və daha artıq bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

Dekabrın 23-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. İmtahanın nəticələri yaxın 3 gün ərzində elan olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax