Operativ Məlumat Mərkəzi

Gənclərin Sosial Media Forumu ikinci dəfə keçiriləcək

3 dəq
Paylaş:
Gənclərin Sosial Media Forumu ikinci dəfə keçiriləcək

19 aprel, 2025-ci il tarixində “Avropa Məktəbi”ndə 800-ə qədər iştirakçı ilə baş tutacaq Gənclərin Forumunda 9 təcrübəli spiker sosial media alqoritmləri, alətləri, marketinq kampaniyaları, podkastların inkişafı və dövrün digər aktual mövzuları ətrafında öz şəxsi təcrübələrini bölüşəcəklər.

Tədbirin əsas məqsədi ölkədə sosial media sahəsində savadlılığın artırılması, innovativ məzmun yaradıcılığına dəstək vermək, gənclərin rəqəmsal bacarıqlarının gücləndirilməsi və peşəkarlarla güclü əlaqələr qurmaları üçün geniş imkanların yaradılmasıdır.

Forum çərçivəsində öz sahəsində aparıcı olan mütəxəssislərin dəyərli təcrübələrini dinləmək fürsəti əldə edəcək. Sabir Camal "Datanı göstər, deyim kimsən", Göktuğ Sarı "Sosial medianın qazananları", Fərid Hacıyev "Öz kəpənəyini yarat", Nicat Manafov "Sosialda NƏ və NECƏ satır?", Cəfər Nəcəfov "AI işləsin, sən qazan" və Türkiyədən qonağımız olan Betül Uslu isə "Alqoritmlər beynimizi əridirmi?" mövzusunda maraqlı müzakirələr aparacaqlar.

Həmçinin, Azərbaycanın ən reytinqli platformalarından biri olan “Söhbətgah” komandası – Tural Yusifov və Əli Xəyyam tərəfindən “Podkast sektorunun inkişafı” mövzusunda xüsusi panel təqdim olunacaq.

Tədbirin sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar. Bundan əlavə, gəncləri canlı musiqi, sponsorlardan dəyərli hədiyyələr, 100-dən çox peşəkarla netvörkinq imkanı da gözləyir.

Gənclərin Sosial Media Forumu 2024-cü ildə ilk dəfə keçirilmiş və iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Bu il isə tədbir daha da zəngin məzmun formatı ilə baş tutacaq.

Gənclərin Sosial Media Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat öyrənmək üçün forumun rəsmi səhifəsinə keçid edə və vebsayt və ya sosial media hesablarımızı izləyə bilərsiniz:

Vebsayt: https://gsmf.az

Instagram: https://www.instagram.com/gsmf2025/

Facebook: https://www.facebook.com/profile.php?id=61556396000253

Linkedln: https://www.linkedin.com/company/g-ncl-rin-sosial-media-forumu/

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax