Əsas məzmuna keç

Azərbaycan və Qazaxıstan ədliyyə nazirləri arasında görüş baş tutub - FOTO

Azərbaycan və Qazaxıstan ədliyyə nazirləri arasında görüş baş tutub - FOTO

Respublikasının ədliyyə naziri Fərid Respublikasının ədliyyə naziri Yerlan Sarsembayevlə görüşüb.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olması və qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ölkələr arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib, hüquqi sahədə yardımın göstərilməsinin və beynəlxalq müqavilələr əsasında praktiki təcrübə mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib. Tərəflər, həmçinin Təşkilatı çərçivəsində ədliyyə sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə qərarlarının icrası və xüsusi icra institutunun tətbiqi, notariat fəaliyyəti, ədliyyə sahəsində rəqəmsallaşma və süni intellektin tətbiqi, vətəndaş yönümlü rəqəmsal həllərdən istifadə, məhkəmə ekspertizası sahələrində qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi məsələləri müzakirə olunub.

Bununla yanaşı, əməkdaşlığın institusional əsaslarını möhkəmləndirmək məqsədilə Qazaxıstandan olan hakimlərin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında tədrisi imkanları planlaşdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…