Operativ Məlumat Mərkəzi

Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını müəyyənləşdirmək üçün səsverməyə başlayıb

2 dəq
Paylaş:
Gənclər və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını müəyyənləşdirmək üçün səsverməyə başlayıb

və İdman Nazirliyi 2024-cü ilin ən yaxşılarını müəyyənləşdirmək üçün səsverməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qurumun məlumat yayıb.

Sorğu 2 mərhələdə keçirilir. İlk mərhələdə səsvermə idman federasiyaları, idman jurnalistləri (Hər KİV-dən bir nəfər) və izləyiciləri arasında aparılacaq.

İkinci mərhələdə isə Gənclər və İdman Nazirliyi yanında Xüsusi Komissiya üzvləri səs verəcəklər.

Təqdim edilən hər nominasiya üzrə 5 namizədə səs verilir. Səs vermək üçün namizədin adının qarşısındakı dairədə görüldüyü yer rəqəmlə (1-dən 5-dək) yazılır.

Sorğunun obyektivliyi üçün federasiyalar öz idman növlərinin təmsilçilərinə səs verməməlidir. Öz nümayəndələrinə verilən səslər nəzərə alınmayacaq.

Hər iki mərhələnin ümumi yekununa əsasən, ən çox səs toplamış ilk üç namizəd qalib elan ediləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax