Operativ Məlumat Mərkəzi

Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb, 148 nəfər təxliyə edilib

2 dəq
Paylaş:
Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb, 148 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyi Gəncədə xəstəxanada baş verən yanğın barədə məlumat yayıb.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli binasının zirzəmisində elektrik lövhəsində baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, xəstəxana binası yanğından mühafizə edilib. Paralel olaraq, tədbirləri çərçivəsində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 58 nəfər xəstə və 90 nəfər xəstəxana personalı təhlükəsiz əraziyə təxliyə olunub. Xəstəxananın reanimasiya şöbəsində 1963-cü il təvəllüdlü Məmmədova Nazilə Həbib qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax