Operativ Məlumat Mərkəzi

Gəncədə 3 qumbara tapılıb

2 dəq
Paylaş:
Gəncədə 3 qumbara tapılıb

Gəncədə 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “” və 1 ədəd “MUV” alışdırıcı tapılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Şəhər Baş İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcısını taparaq aidiyyəti üzrə təhvil verib.

Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Süleymanov saxlanılıb. Ondan içərisində 26 ədəd olan patron götürülüb.

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 26 ədəd patron və 1 patron darağı da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax