Operativ Məlumat Mərkəzi

Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür

2 dəq
Paylaş:
Gəncə və Göygöldə su basan ərazilərdə tədbirlər görülür

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə intensiv yağıntılar səbəbindən Gəncə və Göygöl şəhərlərində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə ilə bağlı məlumatlar daxil olub.

FHN-dən"Operativ Məlumat Mərkəzi-OMM"-yə verilən məlumata görə, qeyd olunanlarla əlaqədar Nazirliyin müvafiq olaraq Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri üzrə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun kənarlaşdırılması, o cümlədən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin endirilməsi və digər zəruri tədbirləri həyata keçirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax