Operativ Məlumat Mərkəzi

Gələn il məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb

2 dəq
Paylaş:
Gələn il məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin maliyyələşdirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb

2025-ci ildə dövlət sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsinə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, 2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,41 vəsait nəzərdə tutulub.

Komitə sədri bildirib ki, bu cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,83 milyon manat çoxdur:

"Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdiriləcək xərclər 25 milyon manat, yaxud cari ildəkindən 2% çoxdur. Fikrimizcə, bu məbləğ postmüharibə dövrünün reallıqlarına uyğun deyildir və müraciət edən şəxslərin yalnız cüzi bir hissəsinin ehtiyacını ödəyə biləcəkdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax